Türkiyə müharibəyə cəlb edilib – Rusiyalı ekspertbackend

Türkiyə müharibəyə cəlb edilib – Rusiyalı ekspert

Əsəd qoşunları qarşılarına Türkiyənin İdlib anklavındakı mövcudluğunu aradan qaldırmağı məqsəd qoymuşdular və indi də Türk qoşunlarının mövqelərinə zərbələr endirərək onu fəal şəkildə həyata keçirirlər.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Pankratenko İdlibdə türk əsgərlərinə edilən hücumları şərh edərkən deyib.

“Ankara, əslində, Əsəd qüvvələrinə qarşı vuruşur, əgər bizə hücum etsəniz, sizə hücum edəcəyimiz prinsipi ilə hərəkət edir. Yəni, bu günə qədər “müdafiə” olunub. Ancaq sabah Ankaranın Dəməşqə irəli sürdüyü ultimatum müddəti başa çatacaq: Astana və Soçi sazişlərinə əsasən Türkiyənin nəzarət zonasına daxil olan əraziləri təmizləmək. Çox güman ki, bundan sonra Türkiyənin Suriya cəbhəsinə hücumunun başlanması rəsmi olaraq elan ediləcək” deyib.

Əlavə edib ki, bu ayın əvvəlindən etibarən Türkiyə ordusu İdlib anklavında artıq 43 əsgərini itirib.

“Əgər bu, bir Türkiyə-Suriya müharibəsi deyilsə, onda nədir, bilmirəm”. Pankratenko belə deyib.

Fevralın 28-də Suriya hərbi qüvvələrinin İdlibdə hava hücumuna başladığı və bunun nəticəsində türk hərbçilərinin öldürüldüyü məlum olub. Son məlumatlara görə, hücumda 33 türk əsgəri şəhid olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*