Türkiyə ordusu Suriyada 11 PKK-lını məhv etdibackend

Türkiyə ordusu Suriyada 11 PKK-lını məhv etdi

Türkiyənin xüsusi təyinatlıları “Fərat Qalxanı” və “Sülh baharı” əməliyyatları zonasına nüfuz etməyə çalışan PKK / YPG-nın 11 üzvünü zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

2016-cı ilin avqust ayında Türk ordusu Suriya müxalifətinin iştirakı ilə İŞİD terror qruplaşmasının silahlılarına qarşı “Fərat Qalxanı” əməliyyatına başlayıb və ölkənin şimalında, sərhəddə yerləşən Jarablusu, eləcə də Azaz və Əl-Bab şəhərlərini alıb.

17 oktyabr 2019-cu il tarixində ABŞ və Türkiyə razılığa gəlib ki, rəsmi Ankara Suriyanın şimal-şərqində “Sülh mənbəyi” hərbi əməliyyatına başlaya və müstəqil şəkildə 30 kilometrlik bufer zonasına nəzarət edə bilər. Məqsəd isə kürd birləşmələrinin o bölgədən geri çəkilməsinə nail olmaqdır.

Daha sonra Türkiyə Prezidenti Tayyib Ərdoğan ABŞ-ın Suriya ilə bağlı razılaşmalar çərçivəsində Türkiyə qarşısında öhdəliklərini tam yerinə yetirmədiyini və Ankaranın bu mövzuda güzəştə getməyəcəyini söyləyib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*