Türkiyə parlamentində İsveçin NATO-ya qəbul edilməsi müzakirə edildibackend

Türkiyə parlamentində İsveçin NATO-ya qəbul edilməsi müzakirə edildi

İsveçin Şimali Atlantika Alyansına (NATO) Qoşulması Protokolunun ratifikasiyasını təsdiq edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.

KONKRET.az “Anadolu”xəbər agentliyinə isrinadən bildirir ki, Fuat Oktayın sədrliyi keçirilən Xarici Əlaqələr Komitəsinin iclasında deputatlar qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.

İclasda xarici işlər nazirinin müavini Burak Akçapar İsveçin NATO-ya daxil olması prosesi barədə komissiyaya məlumat verib. Müzakirələr başa çatdıqdan sonra İsveç Krallığının NATO-ya qoşulması protokolunun ratifikasiyasını təsdiq edən qanun layihəsi parlamentin Xarici Əlaqələr Komissiyası tərəfindən qəbul edilib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*