Türkiyə Prokurorluğu 20 Səudiyyə vətəndaşını jurnalisti öldürməkdə ittiham etdibackend

Türkiyə Prokurorluğu 20 Səudiyyə vətəndaşını jurnalisti öldürməkdə ittiham etdi

İstanbul prokurorluğu 20 Səudiyyə vətəndaşını 2018-ci ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində səudiyyəli jurnalist və köşə yazarı Camal Haşukçinin qətlində iştirak etməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.

Qeyd edildiyi kimi, cinayətdə 18 adam ittiham olunur.

Prokuror ölüm hökmü üçün müraciət edib.

Daha iki nəfər – Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Səud əl-Kaxtani və kəşfiyyat rəisinin keçmiş müavini Əhməd Asiri qətlin təşkilində ittiham olunurlar.

Prokurorluq onlar üçün “Xüsusi qəddarlıqla törədilmiş təşkilatçılıq və qəsdən adam öldürmə” maddəsi ilə həbs tələb edir.

Iş məhkəməyə təqdim edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*