Türkiyə Rusiya ilə “yol xəritəsi”ni müzakirə edəcəkbackend

Türkiyə Rusiya ilə “yol xəritəsi”ni müzakirə edəcək

Türkiyə yaxın ayda Rusiya Federasiyası ilə Türkiyədə qaz qovşağı üçün “yol xəritəsi” məsələsi ilə bağlı müzakirələrə başlamaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Ankaradakı məlumatlı mənbə məlumat verib.

“Təxminən yanvarın sonundan fevralın əvvəlinə qədər müzakirələr başlaya bilər”, – deyə mənbə bildirib.

Qeyd edək ki, “Qazprom”un təmsil olunduğu Rusiya və Türkiyə qaz qovşağı üçün “yol xəritəsi”nin hazırlanması ilə bağlı razılıq əldə ediblər. Çox güman ki, yaxın vaxtlarda bununla bağlı plan qəbul olunacaq. Bunu daha əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak da bildirmişdi.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*