Türkiyə Rusiyadan yanacaq alışını xeyli AZALTDIbackend

Türkiyə Rusiyadan yanacaq alışını xeyli AZALTDI

Türkiyə 2022-ci ilin oktyabrında Rusiyadan kömür, neft və təbii qazın idxalını 25% azaldıb.

KONKRET.az RBKya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Bildirilib ki, sentyabrda Rusiya şirkətləri bu mallara görə 5 milyard dollar, oktyabrda isə 3,7 milyard dollar əldə ediblər.

TÜİK-in hesabatlarına görə, oktyabrda Rusiyadan kömür və karbohidrogen tədarükü 2021-ci ilin eyni dövrü ilə müqayisədə (1,28 milyard dollar) 2,9 dəfə artıb.

Ümumilikdə yanvar-oktyabr aylarında Türkiyə Rusiyadan təxminən 50 milyard dollar dəyərində mal idxal edib.

Daha əvvəl “Bloomberg” yazıb ki, Ankara dekabrın 1-dən xam neft daşıyan tankerlərin boğazlardan keçməsi üçün əlavə tələb tətbiq edəcək. Agentlik qeyd edib ki, Türkiyənin sığorta tələbi Rusiya ixracını ciddi şəkildə çətinləşdirə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*