“Türkiyə Rusiyanın istədiyi həcmdə yumurta tədarük etməyə hazırdır” – AÇIQLAMAbackend

“Türkiyə Rusiyanın istədiyi həcmdə yumurta tədarük etməyə hazırdır” - AÇIQLAMA

“Türkiyə Rusiyaya altı ay müddətində ehtiyac duyduğu həcmdə yumurta tədarük etməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Yumurta İstehsalçıları Birliyinin rəhbəri İbrahim Afyon bildirib.

Onun sözlərinə görə, yumurtanın tədarük tarixi və həcmi Rusiya tərəfindən müəyyən edilir. “Altı ay ərzində qəbul edən tərəfin istədiyi həcmdə çatdırılmalar müzakirə edildi. İstənilən həcmdə ehtiyacları ödəməyə hazırıq”, – deyə o vurğulayıb.

Afyon əlavə edib ki, yumurta tədarükü ilə bağlı danışıqlar prosesində problemli məsələlər yoxdur.

Qeyd edək ki, yanvarın 3-də Türkiyədən Rusiyaya 300 min toyuq yumurtası göndərilib. Rusiya hökumətinin aqrar-sənaye kompleksi departamentinin keçmiş rəhbəri, iqtisad elmləri doktoru Leonid Xolodun proqnozuna görə, yanvarın 10-dək Rusiya mağazalarının rəflərində türk yumurtaları görünəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*