Türkiyənin Polşadakı səfirliyinə hücum olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Varşava Polis İdarəsinin rəsmi “Twitter” hesabına məlumat paylaşılıb.
“Yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 17:00-da) Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsi tərəfindən qorunan səfirliyin binasına içərisində tezalışan maye olan şüşə atılıb. Şübhəli şəxs polis tərəfindən saxlanılıb”, – deyə məlumatda bildirilib.