Türkiyə seysmik tədqiqatları davam etdirir – Yunanıstanın dediklərinə fikir vermirbackend

Türkiyə seysmik tədqiqatları davam etdirir – Yunanıstanın dediklərinə fikir vermir

Türkiyənin tədqiqat gəmisi Oruç Reis Aralıq dənizindəki karbohidrogen yataqlarının kəşfiyyatı çərçivəsində seysmik tədqiqatları davam etdirir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin enerji naziri Fatih Dönmez Yunanıstan ilə əlaqələrin kəskinləşməsi fonunda bildirib.

Bazar ertəsi günü Türkiyə Oruç Reis gəmisinin Şərqi Aralıq dənizində, Yunanıstanın müstəsna iqtisadi bölgəsi hesab etdiyi bir bölgədə seysmik araşdırmalara başladığını açıqlayıb.

Navtex seysmik bildirişinin yayımlanmasından qısa müddət sonra Yunanıstan Milli Təhlükəsizlik Şurası çağırılıb. Yunan silahlı qüvvələrinin yüksək hazırlıq səviyyəsinə gətirildiyi bildirilir.

“Oruç Reis gəmimiz su sahəsinin kəşfiyyatı üzərində işləyir. 23 avqusta qədər 1750 metr seysmik kabel çəkiləcək” deyə Dönmez “Twitter”də yazıb.

Türkiyə Prezidenti Tayyib Ərdoğan dəniz zonalarının delimitasiyası ilə əlaqədar Yunanıstanla Misirin razılaşmasını qanunsuz və etibarsız hesab etdikdən sonra seysmik kəşfiyyat işlərini bərpa etməyə qərar verib.

Ərdoğan və Liviya Milli Razılığı Hökumətinin başçısı Fayez Sarraj 2019-cu il noyabrın sonunda dəniz zonaları ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Bu, diplomatik mübahisəyə səbəb olub. Yunanıstan Türkiyəni rəsmi Afinanın suveren hüquqlarına xəyanət etməkdə və eksklüziv iqtisadi zonanın xəritəsini dəyişməkdə ittiham edir. Ankara memorandumun beynəlxalq hüquqa söykəndiyini bildirib.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*