Türkiyə Somalinin Hind okeanı sahilində yeni kosmodromun tikintisinə hazırlaşır. Layihənin dəyəri 360 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, yeni kosmik bazanın infrastrukturunun qurulması ilə bağlı tender yaxın zamanda elan ediləcək. Tikinti üçün Somalidə 900 kvadrat kilometr ərazidə torpaq sahəsi ayrılıb.
Qeyd edək ki, ötən ilin payızında Ankara ilə Moqadişo arasında raketlərin sınaq uçuşları üçün start meydançasının yaradılması ilə bağlı danışıqlar aparılıb. Tikiləcək obyekt həm mülki raket buraxılışları, həm də uzaqmənzilli ballistik raketlərin sınaqları üçün istifadə olunacaq.
Natiq Səlim,
KONKRET.az