Türkiyə tərəfi AÇIQLADI: Gələn həftə…backend

Türkiyə tərəfi AÇIQLADI: Gələn həftə...

Türkiyə gələn həftə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərini gözləyir.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcəyini gözlədiklərini açıqlayıb.

Ankara bu danışıqların bölgədə atəşkəsin əldə olunmasına və davamlı sülhün bərqərar edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Türkiyə tərəfi, eyni zamanda, görüşlərin təhlükəsizliyini təmin etməyə tam hazır olduğunu bəyan edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*