Türkiyə təsdiqlədi: “Rusiya və ABŞ arasında görüş…”backend

Türkiyə təsdiqlədi: "Rusiya və ABŞ arasında görüş..."

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Öncü Keceli Rusiya və ABŞ nümayəndələrinin fevralın 27-də İstanbulda keçiriləcək görüş faktını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sabah İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında texniki görüş olacaq. Dəfələrlə qeyd etdiyimiz kimi, Türkiyə gələcək danışıqların təşkili də daxil olmaqla, sülh səylərinə hər cür dəstək verməyə hazırdır”.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov rus və amerikalı diplomatların fevralın 27-də İstanbulda görüşərək iki ölkə səfirliklərinin işi ilə bağlı problemləri müzakirə edəcəyini açıqlamışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*