Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-polkovnik Əziz Nasirzadə arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, danışıq zamanı iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, həmçinin regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Natiq Səlim,
KONKRET.az