Türkiyə zeytun yağının ixracını DAYANDIRDI – SƏBƏBbackend

Türkiyə zeytun yağının ixracını DAYANDIRDI - SƏBƏB

Türkiyənin Ticarət Nazirliyi qlobal qiymət artımı, eləcə də İspaniya və İtaliyanın üçüncü ölkələrə satması səbəbindən zeytun yağının ixracını noyabrın 1-dək dayandırıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bahalaşma səbəbindən Türkiyədə zeytun yağının maya dəyəri 102% artıb.

Beynəlxalq Zeytun Şurasının (UZK) məlumatlarına görə, Avropadakı quraqlıq səbəbindən dünya zeytun yağı istehsalı 20% azalıb. İstehsalda əsas azalma İtaliya və İspaniyada qeydə alınıb. Eyni zamanda, Türkiyədə bu rəqəm 62% artıb.

Nazirlik əlavə edib ki, 2022-ci ilin noyabrından 2023-cü ilin iyuluna qədər türk zeytun yağının ixracı 240% artaraq 136,5 min tona çatıb. Nəticədə Türkiyədə yağın qiyməti 102% artıb.

Bildirilib ki, Avropa İttifaqının yüksək gömrük rüsumları səbəbindən Türkiyə zeytun yağını Aİ ölkələrinə həddindən artıq kiçik həcmdə tədarük edə bilir:

“Noyabr-iyul aylarında İspaniyaya çəlləklə yağ ixracımız ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 dəfə, İtaliyaya isə 44 dəfə artıb”

Bunun fonunda nazirlik 2023-cü il noyabrın 1-dək zeytun yağının butulka və çəlləklərdə ixracına məhdudiyyət tətbiq etmək qərarına gəlib. Qeyd olunub ki, bu zaman ölkədə yeni zeytun məhsulunun yığılmasına başlanacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*