Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən NATO standartlarına uyğun hazırlanmış “Vuran” zirehli texnikasının partiyasını alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, minadan qorunan maşınlar Türkiyə tərəfi ilə bağlanmış müqavilə əsasında Gürcüstana verilib. Avadanlıqların təhvil verilməsi mərasimi Gürcüstandakı Vaziani hərbi bazasında baş tutub.
Müdafiə Nazirliyi qeyd edir ki, “Vuran” zirehli texnikası NATO standartlarına uyğun təchiz edilib və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, eləcə də Gürcüstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.
Natiq Səlim,
KONKRET.az