Türkiyədə 9 polis zəhərləndibackend

Türkiyədə 9 polis zəhərləndi

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib.

KONKRET.az report-a istinadən verir ki, bu barədə Bolu vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 2-si axşam saatlarında Bolu polis şöbəsinin narkotiklərlə mübarizə idarəsinin keçirdiyi reyd zamanı xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

Qeyd olunub ki, avtomobildə aparılan yoxlama zamanı yanacaq çənində şübhəli maddə aşkarlanıb. Həmin maddənin araşdırılması zamanı 9 təhlükəsizlik əməkdaşı onun yaydığı qoxudan təsirlənib.

Bildirilib ki, onlar təcili şəkildə xəstəxanaya çatıdırılıblar. Polislərdən 2-si reanimasiyaya yerləşdirilib, 3 nəfəri xəstəxana şəraitində, 3 nəfəri isə ambulator müalicə alır. Daha bir nəfər isə evə buraxılıb.

Hadisə ilə bağlı lazımi hüquqi və inzibati prosedurlara başlanıldığı vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*