Türkiyədə rekord istilər fonunda meşə yanğınları davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, xüsusən də Muğla kurort şəhəri meşə yanğınlarına qərq olub.
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi isə xəbərdarlıq edib ki, ötən gün termometr +50-yə çatıb və bu gündən etibarən havanın temperaturu daha 10 dərəcə yüksələcək.
Qeyd edək ki, cümə günü Türkiyədə 73 meşə yanğını söndürülüb. Yanğının söndürülməsi zamanı azı 10 yanğınsöndürən və xilasedici həlak olub.