Türkiyədə avtobus aşdı, iki nəfər öldü, 16 nəfər yaralandıbackend

Türkiyədə avtobus aşdı, iki nəfər öldü, 16 nəfər yaralandı

Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusunun aşması nəticəsində iki nəfər ölüb, 16 nəfər yaralanıb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Bingöl valisi Ahmet Hamdi Usta sosial şəbəkə səhifəsində yayıb.

Bildirilib ki, hadisə Ərzurum-Bingöl avtomobil yolunun Kümbət kəndində yolun buzlaması səbəbindən baş verib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralılar dövlət xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*