Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldübackend

Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az “Hürriyet”ə istinadən xəbər verilir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*