Türkiyədə “çubuq kamera”lar ilk dəfə olaraq Kahramanmaraşda axtarış-xilasetmə işlərində istifadə edilib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, “Esetron” tərəfindən istehsal edilən və komanda birliklərinə təhvil verilməsi planlaşdırılan 60-dan çox “çubuq kamera” bölgədəki təhlükəsizlik qüvvələrinin istifadəsinə verilib.
Bildirilib ki, bu kameralar birləşdirilmiş borular və kabellərlə quraşdırıldığı yerdən 100 metrə qədər çıxışı təmin edir.
Qeyd olunub ki, infraqırmızı işıqlandırma ilə işləyən kameradan 8 saat istifadə etmək olar. 2 ehtiyat batareya ilə bu müddəti 24 saata qədər artırmaq olur. Kamerada ətraf mühiti dinləmək üçün mikrofon var.
İqbal Rzayev,
KONKRET.az