Türkiyədə bu gün koronavirusdan 173 nəfər öldübackend

Türkiyədə bu gün koronavirusdan 173 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.

KONKRET.az-ın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 965 nəfərin test edildiyi, 20 138 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 214 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 654 886 peyvənd tətbiq edilib ki, bunun 91,51 faizi birinci, 82,82 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*