Bu yaxınlarda tədqiqatçılar Türkiyədə Çingiz xanın nəvəsi Hülaku xanın tikdirdiyi sarayı tapıblar.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı klady.info saytı yayıb.
Qazıntılar Hülaku xanın yay iqamətgahını axtarmağa xeyli vaxt sərf edən Monqolustan və Türkiyədən olan beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılıb. Qazıntılara başlamazdan əvvəl onlar çoxlu qədim fars ədəbiyyatını oxuyub, onlardan binanın təxmini yerini öyrəniblər. Və yalnız bundan sonra tədqiqatçılar Türkiyədə çöl işlərinə başlayıblar.
Məlum olub ki, mövcud məlumatlar onlara təkcə yay sarayına deyil, həm də yaxınlıqdakı bütün şəhərə yol açıb. Qazıntı sahəsində arxeoloqlar qədim karvansara və keramika sobalarının qalıqlarını aşkar ediblər.
Amma ən əsası, binaların Elxanilər dövlətinin mövcud olduğu dövrə aid olmasının təsdiqini tapıblar. Kafelin aşkar edilmiş elementləri sayəsində bunu anlamaq mümkün olub.
Tədqiqatçıların qeyd etdiyi kimi, Anadolu dövründə belə plitələr istehsal olunmayıb. Beləliklə, o, məhz Çingiz xanın nəvəsi Hülaku xanın dövründə meydana çıxıb.
Roman Göytürk,
KONKRET.az