Türkiyədə çoxmərtəbəli bina yandı – 23 nəfər xəstəxanaya yerləşdirildibackend

Türkiyədə çoxmərtəbəli bina yandı - 23 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli bina yanır.

KONRKET.az Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının səbəbi hələki müəyyən olunmayıb.

Hadisə barədə məlumat verildikdən sonra yanğınsöndürən, 112 Təcili Tibbi Yardım və polis əməkdaşları əraziyə göndərilib.

Yanan binadan 38 nəfər təxliyə olunub. Onlardan biri körpədir. Təxliyə prosesi davam edir.

Həmçinin tüstüdən zəhərlənən 23 nəfər xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*