Türkiyədə 5 bal gücündə zəlzələ olub.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə AFAD məlumat verib.
AFAD-ın məlumatına görə, saat 14:26-da Egey dənizinin Krit sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkan 5,36 kilometr dərinlikdə qeydə alınıb və ətraf ərazilərdə ciddi narahatlıq yaradıb.
Səlahiyyətli orqanlar zəlzələ bölgələrində ehtiyat tədbirlərinin artırıldığını, vətəndaşların isə diqqətli və ayıq-sayıq olmalarını tövsiyə edir.
Qeyd edək ki, bu gün gecə saatlarında da Muğlanın Marmaris rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 69 nəfər yaralanıb.