Türkiyədə DƏHŞƏT: küçə-küçə gəzib 11 nəfəri bıçaqladı / VİDEObackend

Türkiyədə DƏHŞƏT: küçə-küçə gəzib 11 nəfəri bıçaqladı / VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt bölgəsində bir şəxs rayonun müxtəlif yerlərində biri qadın olmaqla 11 nəfəri bıçaqla yaralayıb.

KONKRET.az xəbər verir ki, hadisə yerinə gələn sağlamlıq qruplarının müdaxiləsindən sonra yaralı xəstəxanaya yerləşdirilib, 1 yaralının isə ambulator müalicəsi tamamlanıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan ikisi evə buraxılıb. Qalan yaralıların müalicəsinin davam etdiyi bildirilib.

Hadisə yerlərində araşdırma aparan polis qrupları hələlik şəxsiyyəti müəyyən edilməmiş şübhəlinin tutulması üçün işlərə başlayıb.

Təcavüzkarın bıçaqla bir adamı yaraladığı anlar iş yerinin təhlükəsizlik kamerasına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*