Türkiyədə dollar kəskin bahalaşdı: Bəs yeni ildə Azərbaycan manatının aqibəti necə olacaq? – AÇIQLAMAbackend

Türkiyədə dollar kəskin bahalaşdı: Bəs yeni ildə Azərbaycan manatının aqibəti necə olacaq? - AÇIQLAMA

Qardaş Türkiyədə dolların məzənnəsinin rekord səviyyəyə yüksəlməsi Azərbaycan cəmiyyətinin narahatçılığına səbəb olub. Bir çox insanlar ölkədə yeni ildən sonra manatın dəyər itirəcəyi, dolların isə bahalaşacağı haqda fikirlər səsləndirməyə başlayıblar. Bu cür məlumatların yayılması cəmiyyətin narahatlığına səbəb olub. Bəs görəsən yeni ildə manatın aqibəti necə olacaq? Milli valyutamızın dəyər itirməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı alim Elşad Məmmədovun sözlərinə görə, Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi sözsüz ki, milli istehsalçılarımıza müvafiq qaydada təzyiq göstərir: “Çünki istər-istəməz həmin ölkələrdəki istehsalçılarla müqayisədə bizim yerli istehsalçılarımız rəqabət baxımından daha çətin vəziyyətə düşür. Sözsüz ki, xarici ticarət tərəfdaşlarımızın milli valyutalarının dəyər itirmisə bizim yerli istehsalçılar üçün problem yaradır. Bununla yanaşı Azərbaycanın fundamental iqtisadi göstəriciləri milli valyutamızın tam şəkildə dayanıqlı saxlanılması üçün bütün imkanları verir. Azərbaycanın xarici ticarətində kəskin müsbət saldo var. İxrac kəskin şəkildə idxalı üstələyir. Nəzərə almalıyıq ki, Azərbaycanda baş verə biləcək devalivasiyanın mənfi tərəfləri yerli istehsalçıların dəstəklənməsi kimi hansısa iqtisadi dividentlərlə müqayisədə daha ağırçəkilidir. Ona görə də, ölkədə milli valyutamızın sabit şəkildə saxlanmasına nail olmaq və bunu təmin etmək lazımdır”.

Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib - Elşad Məmmədov |  Hafta.az

Ekspert əlavə edib ki, ölkədə manatın sabit saxlanması üçün bütün şərait mövcuddur: “Hətta böyük rəqəmlərlə ifadə olunan kapital axınına nisbətən ölkəyə daxil olan valyutanın həcmi, Azərbaycandan çıxan valyutanın həcmindən çoxdur. Ona görə də, manatın dəyərdən düşməsi üçün hansısa tutarlı səbəbin olduğunu düşünmürəm. Tərəziyə qoyduqda devalivasiyaya getməyə səbəb ola biləcək amillərlə müqayisədə milli valyutamızın dəyərinin sabit saxlanılması üçün lazım olan şərtlər daha ağır gəlir.  Düşünürəm ki, yaxın və orta müddətli perspektivdə adekvat makroiqtisadi siyasət həyata keçirilərsə, pul-kredit siyasəti reallaşdırılarsa, o zaman manatın sabitliyinə hansısa real təhlükə olmayacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*