Türkiyənin Aydın vilayətinin Çine rayonunda partlayıcı maddələr fabrikində partlayış baş verib.
KONKRET.az Caliber-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Aydın valisi Yakup Canbolatın sözlərinə görə, partlayıcıları daşıyan avtomobil aşmış, sonra isə partlamışdır. O, xəstəxanaya yerləşdirilən bəzi xəstələrin vəziyyətinin qənaətbəxş hesab edildiyini də bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Dəniz Pənahova
KONKRET.az