Oktyabrda Türkiyədə işsizlik nisbəti 8,5%-ə düşüb. Bu, 2012-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.
KONKRET.az xəbər verir ki, bu barədə “Dünya” nəşri Türkiyənin statistika agentliyinə istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, sentyabr ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 46 min nəfər azalaraq 3 milyon 168 min nəfər olub. Həmin ay üzrə işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 bənd azalaraq 9,1% təşkil edib. Kişilər arasında bu göstərici 7,5%, qadınlarda isə 12,3% olub.
Ariz Həsənoğlu,
KONKRET.az