Türkiyədə koronavirusdan rekord sayda ölüm – Rəqəmlərbackend

Türkiyədə koronavirusdan rekord sayda ölüm - Rəqəmlər

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb. 

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. Bu Türkiyədə koronavirusdan ölüm üzrə ən yüksək göstəricidir. Son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 043 704 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 1 835 705 nəfər sağalıb, 18  351 nəfər isə ölüb.

Türkiyədə koronavirusdan rekord sayda ölüm - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*