Türkiyədə kütləvi davada 15 nəfər xəsarət aldıbackend

Türkiyədə kütləvi davada 15 nəfər xəsarət aldı

Türkiyənin Van şəhərində iki düşmən ailə arasında dava baş verib.

KONKRET.az-ın “Haber Global”a istinadən xəbərinə görə, hadisə Erciş rayonunda qeydə alınıb.

Bıçaq və daşların istifadə olunduğu davada hər ailədən biri ağır olmaqla, ümumilikdə 15 nəfər yaralanıb.

Hadisə yerinə təcili təbbi yardım xidmətinin əməkdaşları və jandarm işçiləri cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*