“Türkiyədə 100 gündən az müddətə mənzil kirayə vermək istəyənlər artıq müvafiq lisenziya almalıdırlar”.
KONKRET.az xəbər verir ki, bu barədə “Resmi Gazete” nəşri yazır. Həmin qaydaya görə, ev sahibləri Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almalıdırlar. Əks halda onları 100 mindən 1 milyon türk lirəsinə qədər (3,3 min dollar – 35,3 min dollar) cərimə gözləyir.
Lisenziyası olan evlərdə nazirlik tərəfindən müəyyən edilmiş keyfiyyətlərə malik lövhələr asılacaq. Vəsiqə və nömrə nişanlarının verilməsi üçün rüsum idarə tərəfindən müəyyən ediləcək.
Turistlərə mənzil kirayə vermək üçün lisenziya almaq üçün ev sahibi ölkənin Mədəniyyət Nazirliyinə bu binadakı mərtəbələrin bütün sahiblərinin razılığını verməlidir.
Qanun pozuntusu ilk dəfə aşkar edildikdə, mülkiyyətçi pozuntularla icarəyə verilmiş hər bir əmlaka görə 3,5 min cərimə ödəməli, həmçinin əmlakın icarəyə verilməsini davam etdirmək üçün 15 gün ərzində icazə almalıdır. Ev sahibi bu tələbi yerinə yetirməsə, o, ikinci dəfə 500 min lirə (təxminən 16,4 min dollar) cərimələnəcək. Üçüncü dəfə cərimə 1 milyon lirə (35,3 min dollar) qədər artacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az