Türkiyədə məscidlər kilsəyə çevrilir  – FOTObackend

Türkiyədə məscidlər kilsəyə çevrilir  - FOTO

Türkiyədə müsəlmanların ibadət etmək üçün getdikləri məscidlərdə yaşlı və sağlamlıq problemləri olan insanlar ruku və səcdəyə getməkdə çətinlik çəkdikləri üçün skamya üzərində oturaraq namaz qılmağa başlayıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, əvvəlcə məscidlərdə 1-2 nəfərin skamya üzərində namaz qıldığına rast gəlinirdisə, daha sonra məscidin arxa sıralara oturacaqlar qoyulmağa başlanılıb. Dərc edilən məlumatda bildirilir ki, hər ötən gün məscidlərdə düzülən oturacaqların sayı daha da artır.

Şəkillər Üsküdarda yerləşən məsciddə çəkilib. Şəkildə məscidin xalçasının rənginə uyğun skamyaların hazırlanıb yerləşdirildiyi diqqətdən qaçmır.

Şəkli sosial mediada paylaşan istifadəçilər “İstiqlal küçəsindəki St. Antuan kilsəsinə ithafla Üsküdar St.Antuan məscidi” şərhini yazıblar.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*