Türkiyədə məşhur sosial şəbəkələr bloklandıbackend

Türkiyədə məşhur sosial şəbəkələr bloklandı

Suriyada hərbçilərin ölümündən sonra Türkiyə hakimiyyəti bəzi sosial şəbəkələri bloklayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Haberturk” telekanalı yayıb.

Türkiyə hakimiyyəti Suriyanın İdlib əyalətində türk hərbçilərinin ölümündən sonra ölkə sakinlərinə və bəzi sosial şəbəkələrə YouTube-a giriş imkanını bağlayıb.

Turk Telekom provayderi, həmçinin istifadəçilərin Twitter, İnstagram, Facebook profillərinə və WhatsApp messenjerinə girişi məhdudlaşdırıb.

Türkiyənin Hatay vilayətinin valisi Rəhmi Doğan bildirib ki, İdlibdə hava hücumları zamanı ölən türk əsgərlərinin sayı 33-ə yüksəlib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*