Türkiyədə müalicə alan Qırğızıstan vətəndaşları yaşayış icazəsi üçün pul ödəməyəcəklərbackend

Türkiyədə müalicə alan Qırğızıstan vətəndaşları yaşayış icazəsi üçün pul ödəməyəcəklər

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, noyabrın 27-də Qığızıstan parlamenti 7 may 2019-cu ildə Ankarada imzalanmış Qırğızıstan və Türkiyə hökumətləri arasında 26 aprel 2011-ci il tarixli vətəndaşların qarşılıqlı səfərləri haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Əlavə protokolda Qırğızıstan və Türkiyə vətəndaşlarının iki dövlətin ərazisində olma şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur.

Xüsusilə, Türkiyə Səhiyyə Nazirliyinə səlahiyyətli tibb müəssisəsi tərəfindən müalicənin 90 gündən çox davam edə biləcəyi barədə müvafiq sənəd təqdim edərsə, xəstə və onu müşayiət edən şəxslər bu ölkədə əlavə rüsum ödəməyəcək. Bu məsələ Qırğızıstan tərəfinin təşəbbüsü ilə başlayıb.

Məlumat üçün: 3 iyun 2014-cü il tarixində səhiyyə və tibbi xidmətlər sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən, Qırğızıstanın 100 vətəndaşı üçün Türkiyə xəstəxanalarında illik pulsuz müalicə və əməliyyatlar verilir.

Müalicə prosesinin tez-tez uzanması səbəbindən əlavə maliyyə xərcləri (6 ay müddətində yaşayış icazəsinin alınması dəyəri orta hesabla 750 lirə və ya 130 ABŞ dolları və sığorta 150 lirə) tələb edən yaşayış icazəsinin alınmasına ehtiyac var idi. Əlavə dövlət rüsumu isə 600 lirə idi.

Qeyd edək ki, Əlavə Protokolun ratifikasiyası Qırğızıstan vətəndaşları üçün əlverişli şərait yaradacaq və iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin intensivləşməsini təmin edəcək, həmçinin iki ölkə arasında ikitərəfli hüquqi bazanı genişləndirəcək, bu da siyasi, iqtisadi və konsulluq münasibətlərinin daha da inkişafına kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*