Türkiyədə taclandırılan keçmiş “qanuni oğru” öldübackend

Türkiyədə taclandırılan keçmiş "qanuni oğru" öldü

Kriminal dairələrdə Lexa Soloma kimi tanınan keçmiş “qanuni oğru” Aleksey Salomatin ömrünün 43-cü ilində Rusiyanın Tula vilayətinin Uzlovaya qəsəbəsindəki evində ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Praym Kraym” nəşri yayıb.

Mənbəyə görə, Salomatin 2013-cü ildə Türkiyədə “qanun oğru” olub. Onunla birlikdə daha altı cinayət patronu taclandırılıb. Eyni zamanda, Salomatin oğru adına bir dəfə magistral yolda təkər dəyişdirməyə ona kömək edən Vladimir Jurakovskiyə (Vova Puxlıy) borcludur.

2015-ci ildə Salomatin Rusiya yeraltı dünyasının lideri Zaxariya Kalaşovun (Şakro Molodoy) tərəfdarları tərəfindən tacdan azad edilib.

Bundan sonra keçmiş qanuni oğru iki dəfə narkotik maddəsi ilə məhkum edilib və bu ilin mart ayında sərbəst buraxıldıqdan sonra keçmiş təmaslarını tamamilə dayandırıb və narkotik istifadə etməyə başlayıb.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*