Türkiyədə üç deputat koronavirusa yoluxdubackend

Türkiyədə üç deputat koronavirusa yoluxdu

Müxalif Xalqların Demokratik Partiyasından (HDP) üç Türk deputatında koronavirus tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Turkish Minute” nəşri partiyanın rəsmi açıqlamasına istinadən yayıb.

Keçən həftə parlamentin təmizləyicilərindən birində koronavirus təsdiqləndikdən sonra bütün deputatlar koronavirus testindən keçiblər.

Yoluxan deputatların adları çəkilmir. Ancaq hamısının ciddi simptomlar olmadan tibbi nəzarət altında olduğu bilinir.

Son məlumatlara görə, Türkiyədə 200 mindən çox koronavirus hadisəsi aşkar edilib. 5 097 nəfər ölüb, 170 mindən çox adam sağalıb.

Xatırladaq ki, iyunun 17-də Türkiyə hakimiyyəti 81 əyalətin 42-də ictimai yerlərdə tibbi maskaların məcburi geyilməsini yenidən tətbiq edib. Bu, məhdudiyyətlərin rahatlanmasından bəri koronavirus hallarının sayının artması ilə əlaqədardır.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*