Türkiyədə yanğına görə iki məmur tutuldubackend

Türkiyədə yanğına görə iki məmur tutuldu

Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınına görə saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl “Gran Kartal” hotelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.

Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib./modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*