Türkiyədə zəlzələdə ölənlərin sayı 5000-i ötdü – YENİLƏNİB-6backend

Türkiyədə zəlzələdə ölənlərin sayı 5000-i ötdü - YENİLƏNİB-6

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 5000-i ötüb.

KONKRET.az xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama yayıb.

O bildirib ki, hazırda ölənlərin sayı 5434 nəfərə, yaralıların sayı isə 31777 nəfərə çatıb.

20:59

Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı durmadan artır. 

KONKRET.az xəbər verir ki, zəlzələdə həyatını itirənlərin sayı 4544-ə yüksəlib.

20:21

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

KONKRET.az xəbər verir ki, son məlumata görə, 3 703 nəfər həyatını itirib, 22 286 nəfər xəsarət alıb.

15:57

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.

12:43

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

10:45

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.

KONKRET.az xəbər verir ki, ölənlərin sayı 3381 nəfərə çatıb.

Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.

08:19

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*