Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alınıbbackend

Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alınıb

Türkiyədə zəlzələlərdən sonra üç maqnitudadan yuxarı 7 afterşok qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbiət hadisələri Manisa, İzmir, Uşak və Bursa vilayətlərində hiss olunub. Hazırda axtarış-xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində 10 bina dağılıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*