Türkiyədən Yunanıstana SƏRT BƏYANAT: “Yalan və böhtandan əl çəkin!”backend

Türkiyədən Yunanıstana SƏRT BƏYANAT: "Yalan və böhtandan əl çəkin!"

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Kiprdə yaşayan türklərə və türk ordusuna ünvanlanan şərhini pisləyən bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda yunanlı nazirin açıqlamaları yalan və böhtan ifadələri kimi xarakterizə edilib.

“Türkiyə ordusu beynəlxalq müqavilələri çərçivəsində hərəkət edərək, 1963-1974-cü illər arasında yunanlar tərəfindən sıxışdırılan Kipr türklərinin müdafiəsi üçün hərəkətə keçib. Türkiyə hərbçilərinin qətiyyətli hərəkətləri sayəsində Kiprdə türk əhalisinə qarşı soyqırım cəhdinin qarşısı alınıb. 1974-cü ildə Türkiyə ordusunun müdaxiləsi nəticəsində Kiprdə hərbi xuntanı dayandırmaq, yunan əhalisini diktaturadan azad etmək və ölkəni demokratik idarəçiliyə qaytarmaq mümkün olub.

Türkiyə Müdafiə Nazirliyi türk əsgərlərinin gələcəkdə də Kiprdə sülh və sabitliyin qarantı olaraq qalacağını vurğulayır. Nazirlik Yunanıstan nazirini təxribat xarakterli bəyanatlardan əl çəkməyə və Türkiyə ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş konstruktiv dialoqa səy göstərməyə çağırır”, – deyə məlumatda bildirilir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*