Türkiyəli futbolçunun transferində “Nataşa” qalmaqalı – VİDEObackend

Türkiyəli futbolçunun transferində “Nataşa” qalmaqalı - VİDEO

Rusiyanın MOİK klubuna transfer olunan Türkiyə millisinin üzvü Yusuf Yazıcı ilə bağlı anons videosunda qalmaqal yaşanıb.

KONKRET.az xəbər verir ki, paylaşılan videoda Rusiya klubunun türkiyəli futbolçu ilə İnstaqramdakı yazışması əks olunub.

Belə ki, görüntülərdə MOİK-in davamlı olaraq Yusuf Yazıcıya transfer üçün mesaj göndərdiyi, ulduz futbolçunun isə cavab vermədiyi görünür. Ancaq klub “Yusuf, bu Rusiyadır, bizdə Nataşa çoxdur” yazdıqdan sonra “Yoldayam, 5 dəqiqəyə oradayam” cavabı görünür.

Reaksiyalardan sonra videonu silən klubun televiziya meneceri Katerina Kirilçeva üzrxahlıq mesajı yayımlayıb.

“Yayımladığımız videoya görə çox üzgünəm. Çox qısa müddətdə ssenari yazmalı oldum və ağlıma bu gəldi. Bu yersiz, uğursuz və bir qədər təhqiredici videoya görə üzr istəyirəm. Həm də şəxsən Yusufdən üzr istəyirəm”, – o bildirib.

Rusiya Futbol Federasiyasının Etika Komitəsi də açıqlama yayıb. Bildirilib ki, bu Rusiya qadınları haqqında təhqiramiz hadisədir. Eyni zamanda, komitənin bu vəziyyəti qiymətləndirəcəyi də qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*