“Yeni Malatyaspor” klubunun qapıçısı zəlzələdə həlak olub – YENİLƏNİBbackend

Yeni Malatyaspor” klubunun qapıçısı zəlzələdə həlak olub - YENİLƏNİB

Türkiyənin “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslan zəlzələ zamanı həlak olub.

KONKRET.az aksam.com.tr-ə istinadən xəbər verir ki, “Yeni Malatyaspor”un sabiq sədri Adil Gevrek futbolçunun meyitinin dağıntılar altından çıxarıldığını deyib.

Futbolçunun həyat yoldaşı isə dağıntılar altından xilas edilib.

***

14:22

“Yeni Malatyaspor” klubunun 28 yaşlı qapıçısı Ahmet Eyüp Türkaslan dağıntılar altında qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, futbolçunun həyatını xilas etmək üçün işlər davam etdirilir.

Hazırda Türkaslanın həyat yoldaşının dağıntılar altından xilas edildiyi bildirilib.

Cebhe.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*