Turkiyənin “Anex Tour” turoperatoru Rusiyanın “İntouristi”ni aldıbackend

Turkiyənin "Anex Tour" turoperatoru Rusiyanın "İntouristi"ni aldı

KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, Türkiyənin “Aneks Tur” operatoru Rusiyanın tanınmış turoperatoru olan “İnturist”i alıb. “Aneks Tur”un sahibi isə Neşet Koçkardır.

“İnturistin şirkətimizin quruluşuna daxil olmasını təsdiqlədik, Tomas Kuk təklifimizi qəbul etdi”, – Turizm Guncel portalı iş adamının sözlərindən sitat gətirir.

Oktyabrın sonlarında Forbes mənbələrə istinadən yazırdı ki, Koçkar və Krasnodar iş adamı Roman Batalov, keçmiş Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçevin kürəkəni 100% “İnturist”in birgə satın alınması üçün danışıqlar aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*