Türkiyənin böyük şəhərlərində terror hücumları planlaşdıran suriyalılar nəzarətə alındıbackend

Türkiyənin böyük şəhərlərində terror hücumları planlaşdıran suriyalılar nəzarətə alındı

Mardin vilayətində kəşfiyyat zabitləri və jandarma qüvvələrinin qatıldığı bir əməliyyat zamanı Türkiyənin böyük şəhərlərində terror hücumları təşkil etmək məqsədi ilə Suriyadan partlayıcı maddələr gətirən 2 suriyalı və onların ortağı ələ keçirilib.

KONKRET.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Suriyalıların böyük şəhərlərin ticarət mərkəzlərində və bazarlarında terror hücumu təşkil etməyi planlaşdırdıqları bildirilir.

Suriyalılar M.N. və E.T bel çantalarında təxminən 15 kq plastik partlayıcı, 4 alov açarı, 4 elektrik patlayıcısı, 2 yaddaş kartı, 9 voltluq 4 batareya daşıyıb.

Saxlanılanlardan üç cib telefonu götürülüb.

Türk jandarmasında qanuni prosedurlar davam edir.

Mina axtaranlar partlayıcı maddənin dağıdıcı qüvvəsinin çox yüksək olduğunu və partlayış halında üç mərtəbəli binanı yararsız hala gətirəcəyini iddia edirlər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*