Türkiyənin Öcalan gedişi – Bu ölkələr hərəkətə keçəcəkbackend

Türkiyənin Öcalan gedişi – Bu ölkələr hərəkətə keçəcək

Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışı Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticələrindən biri hesab oluna bilər.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu çağırış terrorçuların tam şəkildə silahı yerə qoyması ilə nəticələnməsə də, siyasi-ideoloji müstəvidə ciddi nəticələri olacaq.

1. PKK ideologiyasını bölüşənlər arasında parçalanmalar yaradacaq;

2. Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektorat da parçalanma perspektivi ilə üzləşəcək: bu, Qəndilə bağlı siyasi qrupları neytrallaşdıra, yaxud təsir gücünü azalda bilər;

3. PKK liderlərinin mənzilləndiyi Qəndilin Türkiyə siyasətinə təsiri böyük ölçüdə azalacaq;

4. PKK-nın Suriya və İran qanadının Türkiyəyə təsirlərini azaldacaq: parçalanmış qruplaşmaya qarşı mübarizə daha effektli ola bilər;

5. PKK-nı Türkiyə daxilində və sərhədlərində praktiki olaraq sıradan çıxaran rəsmi Ankara Qəndilin siyasi təsirlərini də aradan qaldırmaqla siyasi-ideoloji təhlükəsizliyini gücləndirəcək;

6. PKK-dan, onun ideologiyasından Türkiyəyə qarşı siyasətdə istifadə edən qüvvələrin-ölkələrin rıçaqları zəifləyəcək.

Qəndilin Öcalanın çağırışını qəbul etməyəcəyi, silahlı aktlara davam edəcəyi bəllidir. İstisna deyil ki, Qəndil və PKK-da “sərmayəsi” olan qüvvələr “müqaviməti” davam etdirmək və Öcalan planını pozmaq üçün Türkiyədə yeni terror aktlarına cəhdlər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*