Türkiyənin reaksiyası yalnız dəstək sözləri deyil – Abramyanbackend

Türkiyənin reaksiyası yalnız dəstək sözləri deyil - Abramyan

Gözlənildiyi kimi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə ən sərt, birmənalı reaksiya Türkiyədən gəlib. Üstəlik, Türkiyənin cavabını Azərbaycana verilən sadə sözlər kimi qəbul etmək lazım deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmamış “DQR”-in keçmiş “prezident müşaviri” Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Türkiyənin bölgəmizdə çoxdankı maraqları var, onlar Ermənistan və Qarabağ üçün təhlükə yaradırlar. Türkiyə ilə birbaşa və ya dolayı yolla əlaqəli bütün proseslərdə bu sadə həqiqəti tanımaq lazımdır. Həmişə unutmayın ki, rəsmi Ankaranın məqsədi regional proseslərdə müşahidəçi qismində iştirakını təmin etmək deyil və sərt açıqlamalar Türkiyənin Ermənistana münasibətini minimuma endirir” deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*