Türkiyənin strateji məqsədi “Böyük Turan” yaratmaqdır – A.Mesrobyan Ermənistanın faciəsindən danışdıbackend

Türkiyənin strateji məqsədi "Böyük Turan" yaratmaqdır – A.Mesrobyan Ermənistanın faciəsindən danışdı

Ermənistan Respublikası İctimai Şurasının keçmiş üzvü, idarəetmə sahəsinin eksperti Arutyun Mesrobyan tert.am saytına Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş gərginlik və digər siyasi proseslər barədə müsahibə verib.

KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni sizə təqdim edir:

– Cənab Mesrobyan, Türkiyə-Azərbaycan hərbi təlimləri iyulun 29-dan avqustun 10-dək Naxçıvan şəhərində keçiriləcək. Siz bu hərəkətləri necə şərh edərdiniz? Sərhəddə vəziyyət gərgin olduğu bir vaxtda nə üçün indi başladılar? Bir çox şərhçilər hesab edirlər ki, bu təlimlər nümayişkaranə xarakter daşıyır. Belə olan halda, bu, kimə ünvanlanıb, bizə yoxsa Rusiyaya?

– İstənilən vəziyyətdə taktiki vəzifələr həll olunur, lakin strateji orbitdə. Türkiyənin strateji məqsədi “Böyük Turan” yaratmaqdır.

Ermənistan-Azərbaycan münasibətlərinə baxanda da bunu xatırlamaq lazımdır. Başqa sözlə, istənilən cari hadisədə hansısa cari nüanslar ola bilər, amma biz qədim (?) millətik və qonşularımızın strateji məqsədlərini başa düşməliyik.

Bu manevrlərə əvvəlcə yalnız “Böyük Turan” nöqteyi-nəzərindən, sonra isə digər bucaqdan nəzərdən keçirmək lazımdır. Coğrafi mənada türklər “ağ-qara” əvəzinə “Böyük Turan”ı boğan (?) Ermənistan Respublikasını və Dağlıq Qarabağı (?) görür. Əgər biz kompromisli “kəşflərə” ciddi yanaşsaq, sonluq bizim üçün faciəli olacaqdır.

– Baş nazir Nikol Paşinyan RBK Televiziyasına müsahibəsi zamanı belə bir fikir səsləndirib ki, Ermənistan Krımı Rusiya ərazisi kimi tanısaydı, Rusiya ilə münasibətlərimiz daha yaxşı olardı. Siz dəfələrlə narahatlığınızı bildirmisiniz ki, Rusiyanın siyasi elitasında Ermənistana əhval-ruhiyyədə müəyyən dəyişikliklər müşahidə olunur. Siz məsələyə bu kontekstdə baxırsınız?

– Bu seqmentdə Baş nazir Ermənistanın Dağlıq Qarabağı (?) formal mənada tanımadığını düzgün qeyd edib. Ermənistan Krımı əvvəlcə müstəqil dövlət kimi, sonra da Rusiyanın tərkibində tanımadı.

Baş nazir sırf siyasi məntiq baxımından haqlıdır. Ermənistana qarşı gərginlik isə təkcə Rusiya tərəfindən deyil, digər fövqəldövlətlər, qonşularımız, o cümlədən Gürcüstan və İran tərəfindən də artır. Bunun “subyektiv” və “obyektiv” səbəbləri var. Subyektiv cəhətlər ondan ibarətdir ki, bizim mövcud hakimiyyətlərimiz müxtəlif diplomatik səhvlərə yol verir, obyektiv səhvlər isə ondan ibarətdir ki, dünya son 2-3 ildə dəyişir, qondarma qlokalizasiya qloballaşma ilə əvəz olunur.

Qlokalizasiya prosesləri qlobal miqyasda baş verir. İndi baxsaq, Tramp, Putin, Si Szinpin qloballaşmanın yavaş bir şəkildə geri çəkilməsindən istifadə edərək, qlokalizasiya siyasətini həyata keçirirlər.

Üstəlik, qloballaşmanın geri çəkilməsi də liberalizmin, bütün demokratik təsisatların və funksiyaların geri çəkilməsi ilə müşayiət olunur. Sadə bir nümunə: bütün dünyada koronavirus şəraitində insan hüquqlarının kəskin şəkildə pozulması müşahidə olunur. Dünya dəyişir, biz ermənilər isə balkonda oturaraq uzağı görmək istəmirik.

Məsələn, Marqarita Simonyanın bəyanatına reaksiyaların 80%-i məhəllə xarakterli oldu,  qadını bir neçə gün müzakirə etdilər.

Bu, millətimizin Axilles ağaclarından biridir: biz hadisələrə sistematik, qlobal şəkildə baxa bilmirik, amma insanın müzakirəsi zamanı mətbəx səviyyəsinə enirik.

– Yəni Marqarita Simonyanın fikri ilə Rusiya elitasının düşüncələrinin üst-üstə düşdüyünü söyləmək olarmı?

– Rusiya elitası birfikirli deyil. Yenə də deyirəm, biz əyalət mentalitetindən çıxmalıyıq və bu hadisəyə sırf erməni xalqının maraqları baxımından, sırf sistem düşüncəsi ilə baxmalıyıq, ayrı-ayrı adamları müzakirə etməməyə çalışmalıyıq. Marqarita Simonyanın sözləri təkcə onun sözləri deyil, Rusiyanın elit qruplarının Ermənistana münasibətinin dəyişdiyini göstərir. Onlar problemin mahiyyətini ortaya qoydular və bu insanın dilindən səsləndirdilər.

Onun nitqində razı olmadığım epizodlar var, amma Marqarita Simonyanın şəxsiyyəti məni maraqlandırmır, mən ermənilərə və Ermənistana qarşı mənfi dinamikadan narahatam. Onlarca material təqdim edə bilərəm ki, Rusiyada Ermənistana münasibət dəyişir. Bu, təkcə Rusiyada deyil, məsələn, ABŞ-da da baş verir. Məsələn, son vaxtlar ABŞ və Ermənistanın yüksək vəzifəli şəxslərinin heç olmasa bir görüşü olubmu? Bizdə, necə deyərlər, köhnələr bir düşərgədə gizləndilər, yeniləri isə öz düşərgəsində. Sanki səngərdə oturublar, yalnız bir – birini görürlər, dörd tərəfi seçmirlər.

Bu, ölkəmiz üçün məhvedicidir, xüsusən ona görə ki, qlobal və dərin tektonik dəyişikliklərin baş verdiyi bütün dünyada Ermənistan kifayət qədər mürəkkəb geosiyasi vəziyyətdədir. Başımızın üstündə problemlər yığılır, biz isə oturub “ağ – qara” axmaq bir oyun oynayırıq.

Haşiyə: Qara rəngə boyanmış sözlərin içində “?” işarəsinin hansı məna daşıdığını yəqin ki, anladınız.

Birincisi, nə vaxtdan ermənilər qədim millət olub. 1827-ci ilədək İrəvanın əksər əhalisinin türk olduğunu yəqin unudublar. Öz havadarlarının köməyi ilə Türkiyənin şərqindən, İrandan və digər ölkələrdən bura və Qərbi Azərbaycanın digər bölgələrinə köç etməsini yaddan çıxarıblarmı? Elə indinin özündə və türklərin yaşadıqları o el-obada yer, çay, dağ, mahal, şəhər, rayon və kənd adlarının  hamısı türk dilindədir.

İkincisi, “Böyük Turan”ı kiçik və zavallı Ermənistanın boğa biləcəyi haqda iddia ermənilərin özü kimi gülüncdür.

Üçüncüsü, nə vaxtdan “Dağlıq Qarabağ” ayrıca bir qurum olub və Ermənistan “onu” öz adı ilə yanaşı çəkir. 30 ildir qondarma rejimi tanımağa cəsarət edə bilməyən rəsmi İrəvan bundan sonra Xankəndini bir dövlət kimi tanıya biləcəkmi? Bilməyəcək. İstər Paşinyan, istərsə də ondan sonra gələn hakimiyyət qorxusundan bu addımı ata bilməz, çünki qapısının ağzında Türkiyənin F-16 təyyarələrinin burnu görsənir, başının üstündə isə Azərbaycanın PUA-ları…

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*