Türkiyəyə məğlubiyyətə görə istefaya göndərildibackend

Türkiyəyə məğlubiyyətə görə istefaya göndərildi

Mirça Luçesku Rumıniya milli komandasının baş məşqçisi postundan ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

80 yaşlı mütəxəssislə 31 iyul tarixinə kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mirça Luçesku 2024-cü ilin yayında yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Onun rəhbərlik etdiyi kollektiv DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*