Türkiyəyə OSMANLI İTTİHAMLARI və I Pyotrun VƏSİYYƏTLƏRİbackend

Türkiyəyə OSMANLI İTTİHAMLARI və I Pyotrun VƏSİYYƏTLƏRİ

Türkiyə ilə Suriya qədim, lakin elə də mehriban qonşu deyillər. İki ölkənin sərin münasibətləri bəzən konflikt dərəcəsinə çatır.

KONKRET.az xəbər verir ki, Osmanlı imperiyası dövründə bir çox qonşularının ərazisi türklərin nəzarətində idi. Hər halda qonşuların hamısı bu reallıqdan məmnun deyildi.

Çünki sözügedən ərazilərə nəzarət savaş və fəthlər nəticəsində əldə olunub. Suriya da bu siyahıda idi. Diqqətinizə çatdırım ki, bu informasiya erməni mediamaqnatların idarə etdiyi Rusiya KİV-də yayılıb. Rus analitiklər müasir Türkiyənin Osmanlı dönəmindəki əraziləri qaytarmaq niyyətində olduğunu iddia edirlər.

Nöqtəli cümləyə vergül qoyan rus…

Onların diqqətinə çatdırmaq istərdim ki, XIX əsrin sonları, XX əsrin ilk 20 illiyində Osmanlı imperiyası Şimali Afrika, Şərqi Avropa, Şimali Qafqaz, Yaxın Şərqdə təxminən 20-30 ölkə boyda torpaq itirib. Və müasir xarici siyasətlərində onları geri qaytarmaq ambisiyaları duyulmur. Çünki bir vaxt Osmanlı vilayəti və indi müstəqil olan dövlətlərlə diplomatik əlaqələr qurulub. Yəni onların ərazi bütövlüyü tanınıb. O ki qaldı Suriya qarayaxmalarına, bu böhtanların ünvanı Kremldir. Səbəb rəsmi Dəməşqin enerji resurslarına nəzarəti Putinin şəriki olan Bəşər Əsədlə öz əlində saxlamaqdır. O ki qaldı rusların kürd bəhanəsinə və onları türklərə qarşı qaldırmaq istəyinə, Türkiyə əhalisinin ikinci böyük kəsimi kürdlərdir və türklərlə mehriban şəraitdə yaşayırlar. SSRİ-dən qalma PKK ideologiyasının gücü isə vaxtaşırı terrorlara çatır ki, antiterror əməliyyatları onların fəaliyyətini sıfıra endirib. Amma Suriya sərhədindən PKK-nın qolları sayılan YPG və PYD hücumlarının qarşısını almağa daha çox güc sərf olunur. Bu işin altında isə Amerika var. Ağ Ev olsa da, Dəməşqlə Moskva da bu qanunsuzluqlara dəstək verir. Odur ki, Türkiyənin Suriya ilə bağlı siyasi xəttinə vergül qoymaq cəhdi “İvanuşka”ların işğalçılıq diqqətini öz üzərlərindən çəkməkdir. Di gəl ki, Çar Rusiyasının yerinə gələn SSRİ-nin də, Sovet İttifaqı dağılandan sonra yaranan Rusiya Federasiyasının da işğalçılıq mahiyyəti göz önündədir.

Bu yaxınlarda Tacikistan Prezidenti Emomali Rahmonun Putinə etirazı havayıdan deyildi:

“Biz başqa ölkələr kimi hörmət tələb edirik. Məgər biz yadplanetliyik?”

Etirazın əsas səbəbi Putinin işçi miqrantları ilə bağlı minnəti olub. Tacik lider də demək istəyib ki, onlar işləyib pul qazanırlar. Qaxınca ehtiyac yoxdur. Həm də Orta Asiya dövlətlərinə Rusiyanın vilayəti kimi baxmağa dəyməz.

Çəlləkdə ölən işğal

Rusiyanın işğalçı xislətini satan amillər:

•Abxaziya

•Cənubi Osetiya

•Dnestryanı Moldav Respublikası

•Donetsk, Luqansk qondarma respublikaları

•Tərkibində ən çox muxtariyyət və respublika olan dövlət olması (85 subyekt və 22 respublika)

– Bundan başqa Rusiya Ermənistanın bir çox dövlət xidmətlərinə nəzarət edir. Metsamor AES-in kontrolu və Gümrüdə hərbi bazaları var.

– Həmçinin Azərbaycanın Qarabağ İqtisadi Rayonunun ermənilər yaşayan hissəsi rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasıdır. Rusiya XİN və Müdafiə Nazirliyinin rəsmi məlumatlarında isə həmin ərazi “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunur. Yəni Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, nəyəsə barmaq eləməlidir də.

NATO bəhanəsilə Ukraynada aparılan savaş isə heç nə yox, Putinin Xruşşovun (1954-də Krımı Ukraynanın tərkibinə verib) buraxdığı səhvləri düzəltmək cəhdi, ya da ruslar üçün I Pyotr kimi yaddaqalan lider olmaq istəyidir. Ən azından, onun vəsiyyətlərindən hansılarısa yerinə yetirmək istəyir. Həmin vəsiyyətdə Qara və Xəzər dənizlərinə nəzarət də var. Bəli, Pyotr suyu sevirmiş.

P.S. I Pyotr sərxoş vəziyyətdə çəlləkdə çimərkən ölüb.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*