Moskvadan Antalyaya uçan təyyarə Vnukovo hava limanına qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
“Moskva (Vnukovo) – Antalya marşrutu üzrə DP 839 reysini yerinə yetirən təyyarə sistemlərdən birində sensorun işə düşməməsi səbəbindən təyyarə hava limanına qayıdıb”, – məlumatda qeyd olunub.
Aviaşirkət əlavə edib ki, təyyarə normal eniş edib və sərnişinlər başqa təyyarəyə köçürülüb.